Ödənişsiz konsultasiya
Təcrübə proqramı və ixtisasartırma seçimləri ilə bağlı sizə uyğun istiqaməti müəyyən etmək üçün ekspert komandamızla ödənişsiz ilkin konsultasiya keçirin.
Xəstəxanadan rəsmi dəvət məktubunun alınması
Əməkdaşlıq etdiyimiz klinikalar tərəfindən sizə rəsmi dəvət məktubu təqdim olunur. Bu sənəd viza və digər rəsmi prosedurlar üçün əsas rol oynayır.
Aviabilet
Türkiyəyə gediş üçün optimal tarix və marşrutlara uyğun aviabiletlə təmin olunmağınızda kömək edirik və rezervasiya prosesində sizi dəstəkləyirik.
Transfer
İstanbul hava limanında qarşılanma, yataqxanaya rahat və təhlükəsiz çatdırılma xidməti.
Xəstəxana ilə tanışlıq və sənədləşmə prossesi
Təcrübə keçirəcəyiniz müəssisədə ilk gününüzdə sizi müşayiət edərək bütün qeydiyyat və sənədləşmə proseslərini təmin edirik.
Yataqxananın tapılması
Büdcənizə və yerləşmə tələblərinizə uyğun yataqxana və ya kirayə mənzil tapılmasında tam dəstək göstəririk.
Fərdi qəza sığortası
Proqram müddətində sizi əhatə edən fərdi qəza sığortası ilə əlavə təhlükəsizlik və rahatlıq təmin olunur.
Gündə bir və ya iki dəfə qidalanma
Proqram müddətində gündəlik qida rasionuna daxil olan səhər və/ya axşam yeməkləri təmin edilir (proqrama əsasən dəyişə bilər).
Oturma icazəsi
Üç aydan artıq müddətə qalacaq iştirakçılar üçün müvafiq oturma izninin alınması prosesində sizə hüquqi dəstək verilir.
Sertifikatın təqdim edilməsi
Proqram sonunda iştirakçılara xəstəxana tərəfindən rəsmi sertifikat təqdim olunur. Bu sənəd beynəlxalq səviyyədə tanınır və CV-niz üçün dəyərli əlavədir.
Vip xidməti
Proqram iştirakçıları üçün fərdi yanaşma və əlavə üstünlüklər! VIP xidməti çərçivəsində şəxsi kurator, prioritet qeydiyyat, əlavə rahatlıq və dəstək, xüsusi tədbirlərə qatılmaq imkanı təqdim olunur.
Kadavra üzərində praktika
İştirakçılar üçün real tibbi təcrübə imkanı! Proqram müddətində beynəlxalq standartlara uyğun şəkildə kadavra üzərində praktik məşğələlər təşkil olunur.
